Edvard Nalbandyan: “Ermənistan-Türkiyə danışıqları pozula bilər”
22 Yanvar 2010 Cümə 13:35
“Münasibətlərin normallaşdırılması üzrə Ermənistan-Türkiyə danışıqları Türkiyənin əlaqələrin qurulmasına hazır olmaması ucbatından pozula bilər”.
“Münasibətlərin normallaşdırılması üzrə Ermənistan-Türkiyə danışıqları Türkiyənin əlaqələrin qurulmasına hazır olmaması ucbatından pozula bilər”. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə protokolların ratifikasiyasına hazır olmasa, danışıqları şərtlər irəli sürərək davam etdirərsə və normallaşma prosesini digər məsələlərlə əlaqələndirərsə, prosesi əngəlləmiş olacaq: “Bu halda danışıqların pozulması istisna deyil”.
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarına əsasən imzalanmış protokollar Ermənistan Konstitusiyasının preambula hissəsinə və Müstəqillik Bəyannaməsinə zidd şəkildə şərh edilə bilməz. Ermənistanın Müstəqillik Bəyannaməsində isə Türkiyəyə ərazi iddiası irəli sürülür və bu ölkənin şərq vilayətləri “Qərbi Ermənistan” adlandırılır. Eyni zamanda bəyannamədə saxta və uydurma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının Ermənistan dövlətinin vəzifəsi olduğu bildirilir. Türkiyə hökuməti bu qərar qəbuledilməz adlandırıb. APA
DOSTLARINLA PAYLAŞ: