Aydın Mirzəzadə Mİ-24 helikopterinin şəklinin paylaşaraq bildirib ki, düşmən daha 11 belə helikopterə sahibdir.
Ermənistan ordusuna məxsus helikopterin Azərbaycanın işğal olunmuş ərazisində vurulması ilə bağlı millət vəkili Aydın Mirzəzadə maraqlı məlumat paylaşıb.
ANS PRESS-in məlumatına görə, Aydın Mirzəzadə "Facebook" səhifəsində Mİ-24 helikopterinin şəklinin paylaşaraq bildirib ki, düşmən daha 11 belə helikopterə sahibdir:
"Ermənistanın Azərbaycanın işğal edilmiş ərazisndə vurulan Mİ-24 helikopteri. İndi düşmən ölkənin silahlı qüvvələrində ondan 11 dənəsi qaldı".
Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin 2 Mİ-24 helikopteri qoşunların təmas xəttində mövqelərimizi atəşə tutub. Milli Ordumuzun cavab atəşi nəticəsində düşmənin 1 helikopteri vurulub, o biri helikopter isə oradan uzaqlaşıb.