Düşənbə İslam mədəniyyəti paytaxtı oldu
19 May 2010 Çərşənbə 17:10
Düşənbə İslam mədəniyyəti paytaxtı oldu. Bu qərar İKT-nin sessiyasında qəbul edilib.
Düşənbə 2010-cu ilin İslam mədəniyyəti paytaxtı elan edilib. Bu qərar Tacikistan paytaxtında keçirilən İslam Konfransı Təşkilatı xarici işləri nazirlərinin 37-ci sessiyasında qəbul edilib.

Toplantıda çıxış edən Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev İKT-yə üzv ölkələrdən Qırğızıstana lazımi iqtisadi və maliyyə yardımı göstərilməsini xahiş edib.

ATƏT-in hazırkı sədri Qazaxstanın xarici işlər naziri Kanat Saudabayev isə ATƏT qarşısında Mərkəzi Asiyadakı vacib problemlərin həlli, regional inteqrasiya, eləcə də müasir çağırışlara və təhdidlərə əks təsir etmə kimi məsələlərin həllinin durduğunu bildirib.

İslam Konfransı Təşkilatı xarici işləri nazirlərinin 37-ci sessiyası sabah işini yekunlaşdıracaq. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar