Dünyanın 7 ölkəsi su altında qalıb
13 Yanvar 2011 Cümə Axşamı 18:35
Təbii fəlakət nəticəsində 400-dən çox adam həlak olub.
Dünya son bir həftə içində Avstraliyadan Cənubi Amerikaya, Asiyadan Afrikaya qədər sel fəlakətləri ilə mübarizə aparır. Yer kürəsinin ümumilikdə 7 ölkəsi leysan yağışları nəticəsində əmələ gələn torpaq sürüşməsi və sellərdə 400-dən çox insan itirib.
Torpaq sürüşməsi və sellərin ən çox can aldığı ölkə Braziliya olub. Ötən günlərdə San Paulodakı sellərin 13 kişinin həyatına son qoymasından başqa Rio de Janeironun dağlıq bölgələrində 335 adam həlak olub.

Tarixin ən böyük sel fəlakətini yaşayan Avstraliyada isə ölü sayı 25 olub. Ölkənin üçüncü böyük şəhəri olan Brisbanedə minlərlə şəxs evsiz qalıb, 61 nəfər itkin düşüb.

Bir milyon insanın evsiz qaldığı Şri Lankada daşqınların nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Fillipində isə 42 nəfər daşqınların qurbanı olub. Təbii fəlakət nəticəsində ölkəyə 23 milyon dollar ziyan dəyib. İki həftədir davam edən leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsi 400 min insanı evsiz qoyub.

Afrika ölkəsi olan Mozambikdə də fırtına və sel 12 adamın həyatına son qoyub.

Cənubi Amerika ölkəsi olan Kolumbiyanın Kampo La Kruz qəsəbəsi təbii fəlakət nəticəsində boşaldılıb. Avropa ölkəsi olan Belçika Esnueks qəsəbəsi də su altında qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar