Dünya telekanallarının rəhbərləri Bakıya gələcək
17 Fevral 2010 Çərşənbə 23:20
Azərbaycanda Avropa Yayım Birliyinin Baş Assambleyasının 64-cü sessiyası keçiriləcək
Dünyanın 57 ölkəsindən 75 televiziya şirkətinin rəhbəri Avropa Yayım Birliyinin (AYB) Baş Assambleyasının 64-cü sessiyasında iştirak etmək üçün iyun ayında Bakıya gələcək. Artıq sessiyanın keçirilməsi ilə bağlı təşkilati məsələləri həll etmək məqsədi ilə Bakıya gələn AYB-in inzibati məsələlər üzrə katibi Erik Kempbel və qurumun əlaqələndirmə məsələləri üzrə məsul şəxsi Avril Mahon fevralın 17-də İctimai Televiziya və Radio Verilişləri Şirkətində (İTV) olub.

E.Kempbel bildirib ki, 3 gün davam edəcək sessiya çərçivəsində dünyanın ən nüfuzlu televiziya rəhbərləri Bakıda jurnalistika, ictimai yayım, gələcək maliyyələşmə modelləri, internet və media dünyası barədə müzakirələr aparacaq. Bundan başqa, Baş Assambleyanın sessiyasında AYB-in daxili strukturu barədə də müzakirələr olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar