Dünya cəmiyyəti üçün Qarabağ problemi ikinci plandadır
14 Aprel 2011 Cümə Axşamı 15:04
Natali Qule: "Mənim ölkəm vasitəçi kimi ondan asılı olan hər şeyi edir
Fransa Senatının üzvü Natali Qule Qarabağ probleminin nizamlanmasında fəallığına görə onun ölkəsinin ATƏT-in Minsk qrupunun iki digər həmsədr ölkəsi olan ABŞ və Rusiyadan geri qalması fikri ilə razı deyil.
"Mənim ölkəm vasitəçi kimi ondan asılı olan hər şeyi edir, lakin nizamlanma prosesi hazırda çox yavaş irəliləyir. Sizin gördüyünüz ki, dünya indi başqa problemlərdən narahatdır və mən ehtiyat edirəm ki, Dağlıq Qarabağ problemi dünyanın məşğul olduğu prioritetli problemlər gündəliyində yoxdur", - deyə o "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
N.Qule izah etdi ki, indi dünya cəmiyyəti Yaxın Şərqdə, Yaponiyada zəlzələylə və başqa problemlərlə əlaqədar vəziyyətlə məşğuldur. "Heyfslənirəm, lakin görünür ki, dünya cəmiyyətinin Qarabağ probleminə diqqətini bir az gözləmək lazım olacaq", - deyə o qeyd edib.
Bununla yanaşı o qeyd edib ki, o, şəxsən Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş Azərbaycan vətəndaşlarının problemlərindən narahatdır. "Mən Azərbaycana səfər zamanı həmişə qaçqınlara baş çəkirəm. Bu mənim üçün çox əhəmiyyətli məsələdir, o məni çox narahat edir və mən onunla fəal məşğul oluram", - deyə parlament üzvü bildirib.
DOSTLARINLA PAYLAŞ: