Dünya brendlərinin Made in China müəmması
02 İyul 2013 Çərşənbə Axşamı 02:28
Nəyə görə Avropa və ABŞ nəhəngləri zavodlarını məhz Çin Xalq Respublikasına köçürür?
Siz nə zamansa düşünübsüzmü ki, nəyə görə Avropa və Amerikanın "hi-tech" müəssisələri kütləvi şəkildə istehsal güclərini Çinə köçürürlər? Bu addımı atmaqla həmin şirkətlər öz ölkələrində böyük sənaye sahələrini iflic edir, on minlərlə vətəndaşı işsiz qoyur. Əsas arqument kimi isə Çində işçi qüvvəsinin ucuzluğunu gətirirlər. Lakin unutmaq lazım deyil ki, yüksək texnologiyalı malları istehsalında əsas güc konveyerlərə düşür. Deməli, ucuz işçi qüvvəsi arqumenti ciddi arqument kimi qəbul edilə bilməz.

Digər arqumentlərdən biri çinlilərin əməksevərliyi ilə bağlıdır. Ancaq bu da şübhəlidir. Kommunist təbliğatı ilə beynləri yüklənmiş çinlilərin əksəriyyəti tənbəl və müftəxorlar kimi səciyyələndirilir. Nəticə əldə etmək istəyirsənsə, daim onların başının üstündə durmalısan, nəzarəti əldən verməməlisən. Təsadüfi deyil ki, “Made in China” mallarının keyfiyyəti aşağı olur. Onu ancaq sərt nəzarət altında yüksəltmək mümkündür.

Bəs onda səbəb nədir? Niyə məhz Çin? Sən demə, istənilən hi-tech məhsulunun hazırlanmasında nadir metallardan istifadə olunur. Məsələn, “İpad” minimum 17 növ belə metaldan istifadə edilir. Dəqiq rəqəm məlum deyil, çünki “Apple” bunu sirr olaraq saxlayır. Belə də məlum olur ki, dünyada həmin nadir rast gələn metalların 95-97 faizi Çində hasil olunur. Maraqlısı odur ki, Çin bu elementlərin xammal şəklində ixracına qadağa qoyub. Yalnız Çində istehsal olunan hazır məhsul şəklində onların ixracına icazə verir.

Ekspertlərin fikrincə, Qərb ölkələrinin yaxın gələcəkdə öz ərazilərində kompyuter, smartfon, planşet, GPS-naviqatorların və digər hi-tech məhsullarının kütləvi istehsalına nail olmaq şansları sıfıra bərabərdir. Doğrudur, 2012-ci ilin sonlarında ABŞ-ın “Molycorp” və Avstraliyanın “Lynas Corp” şirkətləri "hi-tech" mallarının istehsalı üçün lazım olan nadir metalların hasılatına başlamaq planlarını açıqlasa da, bu planların nə zaman nəticə verəcəyini heç kim deyə bilmir. Hətta hasilata başlanılsa belə, tələb olunan həcmi hasil etmək mümkün olmayacaq. Çünki həmin metallara illik tələbat 140 000 tona yaxındır. Bu tələbatı Çin təkbaşına ödəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar