Dünya böyük depressiyanın astanasındadır
16 Dekabr 2011 Cümə 12:04
Bu xəbərdarlığı Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard edib.
Dünya 1930-cı illərdəki böyük depresaiyanın ərəfəsindədir. Əgər ölkələr öz narazılıqlarını həll edib, borc böhranını həll etmək üçün birlikdə işləməyə başlamasalar, böhran qaçılmazdır. Bu xəbərdarlığı Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard edib.

"Dünya iqtisadiyyatının inkişaf perespektivi hazırda o qədər də ürəkaçan deyil. Kifayət qədər qaranlıqdır. Bu, məhz 1930-cı ildə baş verən haldır. Ancaq biz belə nəticələrin olmasını istəmirik", deyə "The Guardian" sitat gətirir.

Laqardın sözlərinə görə, bühran problemini ayrı-ayrı dövlətlər yox, bütün dünya birlikdə həll etməlidir. "Dünyada böhrandan sığortalanan heç bir ölkə yoxdur. Bu, bir qrup ölkə ilə həll ediləcək böhran deyil".


DOSTLARINLA PAYLAŞ:

oyunlar