Dumada niyə azərbaycanlı yoxdur?
02 Aprel 2011 Şənbə 22:15
Ələşrəf Fətiyev: “İstərdim ki, Azərbaycandan çıxmış hər bir adam və azərbaycanlı Dumada olsun”.
Azərbaycana qonşu ölkələrin parlamentlərində ermənilər azərbaycanlılardan fərqli olaraq çox sayda nümayəndə ilə təmsil olunur. Rusiyada bu dəfə vəziyyətin dəyişəcəyi ehtimalı var.
“Aazerros” təşkilatının vitse-prezidenti Ələşrəf Fətiyevin sözlərinə görə, sovet höküməti dağılanda sonra Rusiyada bir nəfəfr də olsun azərbaycanlı deputat olmayıb. O bildirib ki, eyni zamanda ermənilərin 14 deputatı Dumada təmsil olunur: “Onlar nə qədər də öz xalqlarını sevməsələr də öz qürurlarını qoruyurlar. Bir azərbaycanlı belə olsa, orada o öz azərbaycanlı adını qorumaqdan ötrü hansısa addımlar atacaq. İstərdim ki, Azərbaycandan çıxmış hər bir adam və azərbaycanlı Dumada olsun”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: