Dünya Səhiyyə Təşkilatının (DST) həkimləri yeni H1N1 qrip virusu ilə mübarizə üçün müxtəlif variantlara baxmağı, o cümlədən məktəbləri bağlamağı təklif edirlər.
Başqa ekspertlərin fikrincə, bu tədbir xəstləyin yayılmasını əngəlləyə bilər, amma tam qarşısını ala bilməz.
DST bildirib ki, xəstəlik sürətlə yayıldığından yoluxanların sayının hesablanmasını dayandırır. Qurumun təmsilçlərinin sözlərinə görə, indiyə kimi bu virus dünyada 700-ə yaxın adamın həyatına son qoyub. /ANS PRESS/