Döyüş helikopterlərimiz səmada
05 Avqust 2014 Çərşənbə Axşamı 13:01
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri cəbhənin Füzuli rayonu istiqamətində uçuşlar həyata keçirir.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumaat görə, helikopterlər bu gün səhər saatlarından uçuşlara başlayıb.
Helokopterlər bütün istiqamətlərdə təmas xəttinə nəzarət edir. Bundan başqa, rayonda döyüş əhval ruhiyyəsi hökm sürür. Bu gün səhər saatlarından başlayaraq bir çox sakin rayondakı hərbi komissarlığa gedərək könüllü sürətdə cəbhəyə getmək istədiklərini bildiriblər.
Müraciət edənlər arasında 1992-1994-cü illərdə Füzulinin özünümüdafiə taborlarında döyüşənlər, keçmiş zabitlərlə yanaşı, gənclər, hərbi xidməti bir neçə il əvvəl başa vurmuş şəxslər də var.
Məsələ ilə əlaqədar Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, Azərbaycanın Hərbi Hava Qüvvələri Aviasiyası Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca döyüş planına uyğun olaraq planlı şəkildə uçuşlar həyata keçirir.
DOSTLARINLA PAYLAŞ: