Dövlətlərarası axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada həbs olunub
11 Fevral 2010 Cümə Axşamı 14:40
Dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə saxtakarlığı ilə bağlı dövlətlərarası axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb.
APA-nın «RİA Novosti»-yə istinadən məlumatına görə, saxlanılan şəxs 44 yaşlı İlham İbrahim oğlu Namazovdur. Onu Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Saratov vilayəti üzrə idarəsinin əməkdaşları saxlayıblar.
İ. Namazov 2005-ci ildə istintaq orqanlarından gizləndiyinə görə axtarışa verilib. Azərbaycanda ona qarşı dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə saxtakarlığı üzrə cinayət işi qaldırılıb.
İ. Namazovun satıcı işlədiyi Saratovun ticarət komplekslərindən birinin ərazisində saxlanıldığı bildirilib. FTX əməkdaşları onu Daxili İşlər İdarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşlarına təhvil veriblər. Qeyd edilib ki, müəyyən prosessual normalar tətbiq olunandan sonra o Azərbaycana təhvil veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar