Dövlət Yol Polisi İdarəsi “Son Zəng”lə əlaqədar müraciət edib
30 May 2012 Çərşənbə 14:13
“Son Zəng” tədbirlərinin keçirilməsi ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi orta məktəblərdə keçiriləcək “Son Zəng” tədbirləri ilə əlaqədar sakinlərə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, mayın 31-də paytaxtda yerləşən orta məktəblərdə keçiriləcək “Son Zəng” tədbirlərinin keçirilməsi ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Sürücülərdən həmin gün orta məktəblərin yerləşdiyi istiqamətlərdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri və maşınları məktəblərin yerləşdiyi ərazilərdə saxlamamaları xahiş olunur. Əks təqdirdə orta məktəblərin həndəvərində park edilən nəqliyyat vasitələri qanuna müvafiq olaraq cərimə meydançasına aparılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar