Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı olub
10 Avqust 2010 Çərşənbə Axşamı 22:15
Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində prezident İlham Əliyev iştirak edib.
Prezident İlham Əliyev bu gün Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində iştirak edib. Dövlət başçısı akademiyanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub. Ali baş komandan Dövlət Sərhəd Xidmətinin Akademiyasına döyüş bayrağını təqdim edib, zabit və kursant heyətini bu ali hərbi təhsil ocağının açılışı münasibətilə təbrik edib.
Dövlət başçısı hər zaman sərhədlərimizin möhkəmələndirilməsinin vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində sərhədçilərimizin də üzərinə böyük vəzifələr düşdüyünü deyib. O bildirib ki, hazırda münaqişə ilə bağlı danışıqlarda Azərbaycanın mövqeləri güclənir. Ancaq danışıqlar pozularsa, o zaman yeni vəziyyət yaranacaq və məsələnin hərbi yolla həlli gündəliyə salınacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: