Dövlət bayrağı endiriləcək
08 Avqust 2014 Cümə 17:08
Avqustun 11-də Bakıda Dövlət Bayrağı Meydanında Dövlət bayrağı endiriləcək.
Bu barədə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə məlumat verilib.

Məlumata görə, bu addım Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun avqustun 11-də Bakıda küləyin güclənəcəyi ilə əlaqədar məlumatına əsasən atılacaq.

Bu səbəbdən bayraq hava sabitləşənədək endiriləcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar