"Donuz qripi"nə qarşı peyvəndin sınağına başlanılır
22 İyul 2009 Çərşənbə 09:45
İynə 240 könüllü üzərində sınaqdan keçiriləcək

 

Bu gündən "A N1H1" virusuna (donuz qripi) qarşı peyvəndin sınağına başlanılır. ANS PRESS-in "CNN Türk"ə istiandən verdiyi məlumata görə, peyvəndi Avstraliyadakı dərman şirkətlərindən biri sınaqdan keçirəcək. İynə 18-64 yaş arasında olan 240 könüllü üzərində sınaqdan keçiriləcək.  Könünüllərə 3 ay fasilə ilə iki dozada iynə vurulacaq və standart dozalar yüksək doza ilə qarşılaşdırılacaq. Hansı dozanın xəstəliyə qarşı daha müqavimətli olduğu yoxlanılacaq.
Şirkət rəsmiləri daha sonra peyvəndin 400 uşaq üzərində də yoxlanılacağını bildirib.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı xəstəliyin yayılmağa başladığı bu gündən 700 nəfərin virus qurbanı olduğunu bildirib.

ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar