Dmitri Medvedev: Dağlıq Qarabağ münaqişəsini indi həll etmək olar
25 Dekabr 2011 Bazar 01:40
Dmitri Medvedev: “Hər şey tərəflərin xoş iradəsindən, bir-birilərinin arqumentlərini dinləmək istəyindən asılır”.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə yolu razılığa gəlməkdir”. ANS PRESS-in Kremlin internet saytına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Dmitri Medvedev AzTV-yə müsabihəsində deyib. Onun sözlərinə görə, bu yolun ən pis alternativi müharibədir.
“Perspektivlərə gəldikdə, mən buna başqalarından daha çox vaxt ayırmışam. Mənim vasitəçiliyimlə son bir neçə il ərzində 8 üçtərəfli formatda görüş keçirilib. Azərbaycan və Ermənistan prezidentləri görüşüblər və mən həmin danışıqlarda iştirak etmişəm. Məncə, bu, böyük işdir. Çünki mövqeləri yaxınlaşdırmaq mümkün olub”, - Dmitri Medvedev bildirib.
Rusiya prezidenti qeyd edib ki, tərəflərin mövqeyinin yaxınlaşdırılması üçün son bir neçə ildə çox iş görülüb: “Sözsüz ki, razılaşma perspktivi var. Mən bu abərədə dəfələrdə demişəm. Məncə, bu, postsovet məkanında indi nizamlanması mümkün olan yeganə münaqişədir. Hər şey tərəflərin xoş iradəsindən, bir-birilərinin arqumentlərini dinləmək istəyindən asılır. Asan həll yoxdur. Yalnız kompromis əsasında razılaşmaq olar”.
DOSTLARINLA PAYLAŞ: