Dmitri Medvedev Azərbaycana gəlməyəcək
28 Sentyabr 2011 Çərşənbə 18:28
Dmitri Medvedev Azərbaycana gəlməyəcək. Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya prezidentinin ölkəmizə səfərini təkzib etdi.
Bir sıra informasiya agentlikləri sentyabrın 27-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna istinad edərək Azərbaycan və Rusiya prezidentlərinin 10-11 oktyabr tarixində Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumda iştirak edəcəklərinin gözlənildiyini və bu məqsədlə Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat yayıblar. Azərbaycanın Rusiyadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, səfir Polad Bülbüloğlu jurnalistlərə müsahibəsində Rusiya və Azərbaycanın rəhbərlərinin foruma təbriklərinin gözlənildiyini bildirib.
Qeyd edək ki, oktyabrın 10-11-də Bakıda Azərbaycan-Rusiya Humanitar Forumu keçiriləcək. P. Bülbüloğlu deyib ki, forumda dünyada tanınan çox görkəmli qonaqlar iştirak edəcək. Səfir qeyd edib ki, forum ərəfəsində Azərbaycan və Rusiya gəncləri görüşüb fikir mübadiləsi aparacaqlar və bu həmin tədbirə müsbət təsir edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: