Diyanət rəhbərindən qiyamət açıqlaması
08 Dekabr 2012 Şənbə 09:38
“Saxta, xurafat qiyamət ssenarilərinə etibar etməyək”
Cümə günləri ictimai şəbəkə saytı “Twitter”də təqibçilərinə ismarış yazan Türkiyənin rəsmi din qurumu Diyanətin sədri professor Mehmet Gözrmez bu həftə də öz ənənəsinə sadiq qalıb. Görməz, son günlər bütün dünyada populyar mövzu olan maya təqvimindəki qiyamət ssenarisi barədə yazıb. Mehmet Görmez insanları saxta, batil və xurafat qiyamət ssenarilərinə inanmamağa çağırıb.
“Əvvəla cümə gününüz mübarək olsun. Könülləriniz və evləriniz sevgiylə, məhəbbətlə, gözəlliklərlə dolsun. Göndərilən suallara cavabım odur ki, batil, saxta, xurafat qiyamət ssenarilərinə etibar etməyək. Əbədi dünyaya necə hazırlaşdığımıza baxaq. Dünya axirətin tarlasıdır. Cənnət toxumunu bu dünyada əkdiyimiz bir tarladır. Cəhənnəm isə odunu bu dünyadan aparacağımız bir ocaqdır. “Rəbbimiz bu dünyada da, axirətdə də gözəlliklər ver” – deyərək dua edək”.
DOSTLARINLA PAYLAŞ: