Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədri Mübariz Qurbanlı
22 İyul 2014 Çərşənbə Axşamı 11:04
Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunan Mübariz Qurbanlının yeni iş yerində təqdimatı keçirilib.
Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunan Mübariz Qurbanlının yeni iş yerində təqdimatı keçirilib. Dini Komitədən ANS PRESS-ə verilən məlumata görə, təqdimat mərasimində, Azərbaycan Respublikası Prezident Administrasiyasının icra aparatının rəhbəri Ramiz Mehdiyev, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Komitə sədrinin müavini Səyyad Aran iştirak edirlər.

Qeyd edək ki, bundan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov olub. O, 31 may 2012-ci ildə sədr vəzifəsinə təyin edilib. 2 may 2014-cü ildə komitə sədrinin tutduğu vəzifədən azad edilib.

M.Qurbanlı 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar