DİN saxta pul kəsən dəstə aşkarlayıb
22 Fevral 2010 Bazar Ertəsi 13:10
Dəstə 500 ədəd 100 manatlıq saxta əskinası 20 min manata satarkən yaxalanıb
Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dövriyyəyə saxta pul buraxan 4 nəfərlik dəstəni zərərsizləşdirib. Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyindən məlumat daxil olub.
Məlumata görə, həyata keçirilən xüsusi əməliyyat tədbirləri zamanı Bakı şəhər sakinləri – Azər Abdullayev, Vüqar Yolçuyev, Vüsal Salmanov və İntizam İsayev iş başında yaxalanıblar. Onlar 500 ədəd 100 manatlıq saxta əskinası 20 min manata satarkən ələ keçiblər.
Davam etdirilmiş əməliyyat-axdarış tədbirləri nəticəsində Vüqar Yolçuyevin “Tofaş” markalı avtomaşınına baxış zamanı oradan saxta pul aşkar edilərək götürülüb. Onun mənzilindən baxış zamanı isə əskinasların çap edildiyi xüsusi aparat və avadanlıqlar aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: