DİN Sabirabadda məskunlaşan məcburi köçkünlərə bayram hədiyyəsi verib .
20 Dekabr 2011 Çərşənbə Axşamı 16:20
Sabirabadda məskunlaşan məcburi köçkünlərə bayram hədiyyəsi
Azərbaycanın Sabirabad rayonunda məskunlaşan məcburi köçkünlərə Daxili İşlər Nazirliyinin bayram hədiyyəsi təqdim olunub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayonun Şəhriyar kənd icra nümayəndəsi İntiqam Rəşidov bildirib. Onun məlumatına görə, Daxili İşlər Nazirliyinin maddi yardımı rayonun ərazisində məskunlaşan 9 rayondan 357 ailəyə (1619 nəfərə) verilib. Daxili işlər nazirinin müavini Əsgər Ələkbərov bu məqsədlə Şəhriyar kəndində məskunlaşan məcburi köçkünlərlə görüşüb. Nazir müavini məcburi köçkünlərin problemləri ilə maraqlanıb. Sakinlər problemləri barədə nazir müavininə məlumat veriblər.
DOSTLARINLA PAYLAŞ: