DİN: Rasim Musayev öz xahişi ilə vəzifəsindən azad edilib
22 Yanvar 2013 Çərşənbə Axşamı 10:44
Gəncə şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarılıb
Gəncə şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev tutduğu vəzifədən azad edilməsi xahişi ilə Daxili İşlər Nazirliyinə raportla müraciət edib:
“Onun müraciətinə baxılıb və Rasim Musayev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. Rasim Musayev Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsinin sərəncamına götürülüb”.
DOSTLARINLA PAYLAŞ: