DİN polisin qadına qarşı zorakılığı videogörüntüsünə münasibət bildirib
12 İyun 2012 Çərşənbə Axşamı 15:16
Sadiq Gözəlov: “Belə hərəkətə yol vermiş şəxslər birmənalı şəkildə daxili işlər orqanlarında xidmətdən xaric ediləcəklər”.
Daxili İşlər Nazirliyi (DİN) iki polis əməkdaşının qadına qarşı zorakılıq tətbiq etməsini əks etdirən video görüntüyə münasibət bildirib. DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavab olaraq deyib ki, DİN belə halların baş verməsini birmənalı şəkildə pisləyir: “Bu fakt ciddi şəkildə araşdırılır. Bizdə məlumat var ki, həmin hadisə bir neçə ay əvvəl baş verib. Belə hərəkətə yol vermiş şəxslər polis orqanlarında işləyə bilməzlər və onlar birmənalı şəkildə daxili işlər orqanlarında xidmətdən xaric ediləcəklər”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və mətbuatda iki polis əməkdaşının qadına qarşı təhqiramiz zorakılıq tətbiq etməsini əks etdirən videogörüntü yayımlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar