DİN Elşad Abdullayevin yaydığı sonuncu videoya münasibət bildirib.
17 Noyabr 2012 Şənbə 19:06
Sadiq Gözəlov: “Kimlər hansı oyunları oynayırlarsa oynasın, axırı öz başlarında çatlayacaq”.
Daxili İşlər Nazirliyi fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı sonuncu videoda Ramil Usubov və Vilayət Eyvazovun adının hallanmasına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov APA-ya bildirib ki, Ramil Usubovu da, Vilayət Eyvazovu da, möhtərəm prezidentimiz də, xalqımız da yaxşı tanıyır: “Kimlər hansı oyunları oynayırlarsa oynasın, axırı öz başlarında çatlayacaq. Hansı məntiqə sığa bilər ki, kimsə 2 il, 3 il məhkəmənin qərarı olmadan haradasa saxlanılsın, heç kim bundan xəbər tutmasın”,
Qeyd edək ki, Elşad Abdullayev Bakının Nərimanov rayon məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirən video yayıb. Video materialda hakimlə qardaşı barədə danışılır, onun məhkəmə istintaqına çıxarılmadan azad edilməsi üçün sövdələşmə aparılır.