DİN Binə Ticarət Mərkəzində ölümlə nəticələnən silahlı basqınla bağlı məlumat yayıb
14 İyul 2011 Cümə Axşamı 11:16
Daxili İşlər Nazirliyi “Binə” Ticarət Mərkəzində valyutadəyişmə məntəqəsinə edilən basqınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, hadisə bu gün səhər saat 09.30 radələrində baş verib. “Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birinə iki maskalı şəxs basqın edib. Onların açdığı atəş nəticəsində məntəqədə olan bir nəfər güllə yarası alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Basqınçılar hadisə yerindən qaçıblar.
Hazırda Qaradağ Rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerində araşdırma aparır. Cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, silahlı basqın zamanı öldürülən şəxs Naxçıvan sakini, 25 yaşlı Əli Əliyevdir. APA
DOSTLARINLA PAYLAŞ: