Dikdaban ayaqqabılar oynaq xəstəlikləri əmələ gətirir
13 Avqust 2010 Cümə 04:30
Hündür dabanlar həmçinin qadının yerişini nəzərə çarpacaq dərəcədə dəyişir.
Hündür və qədd-qamətli görünmək üçün qadınlar çox vaxt dikdaban ayaqqabılar geyinirlər. Lakin bu ayaqqabılar heç də həmişə yüksək keyfiyyətli və rahat olmur. “Ayova” Universitetinin (ABŞ) alimləri dikdaban ayaqqabıların ayaq oynaqlarına necə təsir göstərdiyini öyrənmək məqsədilə araşdırma aparıblar. Onlar bir sıra təcrübələrdən sonra belə qənaətə gəliblər ki, hündür dabanlar osteoporoz riskini artırır. Bundan əlavə, hündür dabanlar qadının yerişini nəzərə çarpacaq dərəcədə dəyişir, yavaşıdır, addımları arasındakı məsafəni azaldır. Dabanların hündürlüyü artdıqca diz oynağının daxili hissəsinə təzyiq də artır.

Dəbə uyğun qadın ayaqqabıları başqa oynaqlara, o cümlədən baldırla pəncəni birləşdirən və çanaq-bud oynaqlarına pis təsir göstərir, gövdənin vəziyyətini dəyişir. Bütün bunlar isə kürək ağrılarına gətirib çıxarır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar