Devid Kemeron: Qarabağda müharibənin başlanmasını istəmirik
25 Yanvar 2012 Çərşənbə 22:15
Böyük Britaniyanın baş naziri Devid Kemeron Türkiyənin Avropa İttifaqına qəbulunun önəmindən danışıb.
Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edir ki, Türkiyə Avropa İttifaqının üzvü olmalıdır. AŞPA-nın qış sessiyasında çıxış edən baş nazir bildirib ki, Türkiyə ilə Böyük Britaniya arasında sıx əlaqələr mövcuddur və o, bu münasibətlərin bundan sonra da uğurla davam etdirilməsi üçün çalışacaq: “Əgər Yaxın Şərqdə terror və nüvə təhlükəsi haqqında düşünsək, Türkiyənin bu regionla sıx bağlılığını görərik. Biz birgə yaşamanın yolları haqqında düşünməliyik. Elə etməliyik ki, müsəlman Türkiyəsi Avropa İttifaqının üzvü olsun”.

Kemeron Cənubi Qafqazdakı proseslərə də toxunub. Konkret olaraq Britaniyanın baş naziri AŞPA-dakı çıxışından sonra Ermənistan nümayəndə heyətinin üzvü Naira Zöhrabyanın Böyük Britaniyanın Azərbaycana böyük sərmayə yatırması və Azərbaycanın yenidən müharibəyə başlaması niyyəti ilə bağlı sualına cavab verib. Dağlıq Qarabağ münaqişəsi üzündən Ermənistanla Azərbaycan arasında müharibənin yenidən başlanmasını istəmədiklərini deyən baş nazir bu məsələdə ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətindəki fəaliyyətini dəstəklədiklərini vurğulayıb: “Hesab edirəm ki, Azərbaycan da öz növbəsində bu formatda gedən sülh danışıqlarını dəstəkləyir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar