“DəmirBank”dan müştərilərinə daha bir jest
10 Yanvar 2012 Çərşənbə Axşamı 17:27
Bank təkrar müştərilərə güzəştli kreditlər təqdim edir.
“DəmirBank” təkrar müştərilərə güzəştli kredit layihəsinə başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təkrar müştəri qismində hazırda heç bir öhdəliyi olmayan, minimum 9 ay ödəniş tarixçəsinə malik, aylıq ödənişlər üzrə gecikmə günləri cəmi 15 gündən (son kredit üzrə) çox olmayan müsbət kredit tarixçəsinə malik müştərilər nəzərdə tutulur.
Layihə müqavilə üzrə kredit öhdəliyinin başa çatmasına maksimum 3 ay qalmış müştərilərə də şamil oluna bilər. Layihə 1 ildən çox fasilədən sonra banka müraciət edən müştərilərə şamil olunmur.
Layihə çərçivəsində veriləcək kreditin müddəti 3 aydan 24 ayadək, məbləği isə 300 – 5 000 manat (yaxud digər valyuta ekvivalenti həcmində) təşkil edə bilər. Layihə istehlak kreditlərinə (kredit xətti, təqaüdçülərə kredit, avtomobil krediti, lizinq və ipoteka kreditləri istisna olmaqla) şamil olunur.
DOSTLARINLA PAYLAŞ: