Dəkkədə iqlim dəyişiklikləri üzrə konfrans öz işinə başlayıb
30 May 2010 Bazar 13:55
Məqsəd Aİ ilə inkişaf etməkdə olan ölkələr arasında alyansın yaradılmasıdır.
Banqladeşin paytaxtı Dəkkədə iqlim dəyişiklikləri üzrə ikigünlük konfrans öz işinə başlayıb. Tədbirin keçirilməsində məqsəd Avropa İttifaqı ilə daha çox iqlim dəyişikliklərindən əziyyət çəkən, lakin onların nəticələrinin aradan qaldırılmasında imkanları məhdud inkişaf etməkdə olan ölkələr arasında yeni alyansın yaradılmasından ibarətdir.

Görüşdən öncə Banqladeşin ətraf mühit naziri Həsən Mahmud bildirib ki, iki il əvvəl iqlim dəyişikliyi ilə mübarizədə Banqladeşə yardım məqsədilə Londonda müxtəlif sponsor ölkələrin iştirakı ilə təsis edilmiş fondun Dünya Bankı tərəfindən deyil, məhz onun ölkəsinin idarə etməsi barədə razılaşma əldə olunub.

Qeyd edək ki, konfransda Əfqanıstan, Butan, Kamboca, Laos, Maldiv, Birma, Nepal və Yəmən hökumətlərinin nümayəndələri iştirak edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar