Davudoğlu:''Azərbaycanla aramızda böhran olması barədə fikirlər doğru deyil"
08 Noyabr 2012 Cümə Axşamı 10:56
Türkiyəli nazir enerji sahəsindəki ən stateji addımlarından birinin TANAP layihəsi olduğunu deyib.
"Azərbaycanda ən iri sərmayəçi Türkiyədir. Türkiyədəki Azərbaycan sərmayələridə 80 faiz artıb. Bu qədər sıx əlaqələrimiz olan Azərbaycana iki ayda 3 dəfə səfər etmişəm".
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçirilən 2013-cü ilin büdcə məsələlərinin müzakirəsində millət vəkillərinin suallarını cavablandıran xarici işlər naziri Əhməd Davudoğlu deyib. Nazir buna görə iki ölkə arasında böhran olması barədə fikirlərin yayılması doğru olmadığını deyib.
Davudoğlu Türkiyənin son dövrlərdə enerji sahəsindəki ən stateji addımlarından birinin Azərbaycan ilə TANAP layihəsi olduğunu deyib. Onun sözlərinə görə, TANAP-la Türkiyənin çoğrafiyası ilə Azərbaycanın qaynaqlarını birləşdirib. "Türkiyə ilə Azərbaycan arasında son beş ildə ticarət dövriyyəsinin həcmi 5 dəfə artıb".
DOSTLARINLA PAYLAŞ: