DAK İran səfirliyi qarşısında piket keçirib
06 Oktyabr 2011 Cümə Axşamı 14:51
"İran mətbuatı gecə-gündüz Azərbaycanı təhqir edir".
Bu gün Dünya Azərbaycanlıları Konqresinin bir qrup üzvü İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Ərazidə olan hüquq-mühafizə orqanları aksiya iştirakçılarının səfirliyə tərəf getməsinin qarşısını alıb. Buna baxmayaraq, DAK-ın nümayəndələri qətnaməni səfirliyin qarşısında oxuya biliblər. Bəyannamə oxunduqdan sonra səfirliyə təqdim edilib.
Konqresin həmsədri Sabir Rüstəmxanlı 4 maddədən ibarət tələblərini səfirliyə təqdim etdiklərini bildirib: “Sonuncu maddə belə idi ki, İranda 35 milyonluq azərbaycanlıların azadlıq mübarizəsinin qarşısını heç bir yolla kəsmək, Urmiya gölünü qurudaraq onları yerindən yurdundan didərgin salmaq mümkün deyil. Biz buna etirazımızı bildiririk. İran mətbuatı gecə-gündüz Azərbaycanı təhqir edir. Azərbaycan dövlətçiliyinə həqarət edir. Azərbaycan vətəndaşlarına, mədəniyyətimizə, xalqımıza kölgə salmağa çalışır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: