Fikrət Əliyev Türkiyənin tikiş fabriki ilə əməkdaşlıq edəcək.
Modelyer Fikrət Əliyev yenidən Türkiyə səfərinə hazırlaşır. Bu dəfə modelyer İzmir tikiş şirkəti ilə müqavilə bağlayacaq. ANS PRESS-in məlumatına görə, bundan öncə Türkiyənin tikiş fabriklərindən biri ilə əməkdaşlıq edən Fikrət bundan sonra ikinci geyim fabriki ilə də çalışacaq.
Fikrətin eskizlərinə, əl işlərinə heyran qalan türklər onunla uzun müddətli iş birliyinə imza atmağa razı olublar.
Qeyd edək ki, modelyer təkcə Türkiyə ilə kifayətlənmək niyyətində deyil. belə ki, o digər ölkələrlə də əməkdaşlığa hazırlaşır. Fikrətin məqsədi Azərbaycan brendini beynəlxalq aləmdə təbliğ etməkdir.
F. Əliyev həmçinin mövsüm ilə əlaqədar olaraq, qış geyimlərindən ibarət yeni kolleksiya üzərində çalışır.