Daha bir “Qurani Kərim” yandırılması hadisəsi baş verib
11 Aprel 2011 Bazar Ertəsi 07:12
Daha bir “Qurani Kərim” yandırılması hadisəsi baş verib. İngilis siyasətçinin atdığı bu çirkin addımı İngiltərə hökuməti pisləyib.
Böyük Britaniyada keçirilən son parlament seçkisində Cənub Qallerdən namizəd olan Sion Ouensin “Quran”ı yandırarkən çəkilmiş şəkilləri meydana çıxıb. Görüntüləri ələ keçirən “Observer” qəzetinin rəhbərliyi hər hansı bir təxribata yol verməmək üçün şəkilləri Cənubi Qaller polis idarəsinə verdyini bildirib. Qeyd edək ki, “Britaniya Milli Partiyası”nın (BNP) üzvü olan 40 yaşlı siyasətçi artıq polis gtərəfindən saxlanılıb. İngiltərə Xarici işlər nazirliyi isə hadisəni kəskin pisləyib: “Hökumət olaraq “Quran” səhifələrinin yandırılmasını, ictimaiyyət arasında ayrı-seçkilik çıxaran bütün addımları pisləyirik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: