Daha bir qeyri-dəqiq reklamın yayımı dayandırılıb
13 Mart 2012 Çərşənbə Axşamı 18:05
Bakıda mağazada "40% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə, istehlakçıların aldadılması faktı müəyyən edilib
Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 2 ünvanında Gülxar Qayıbxanovaya məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "40% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkar edilib. Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.
Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görüləcək.
DOSTLARINLA PAYLAŞ: