Dağlıq Qarabağın əhali sayı barədə şok açıqlama
26 Aprel 2014 Şənbə 20:38
Hayk Xanumyan: Dağlıq Qarabağın statistika xidməti əhali barədə məlumatları bilərəkdən gizlədir.
Ermənistanın “Milli Dirçəliş” partiyasının sədri Hayk Xanumyan qondarma Dağlıq Qarabağ rejiminin rəhbərliyinin Azərbaycanın işğal edilmiş ərazilərindəki əhali sayı barədə yalan məlumatlar verdiyini bildirib.

ANS PRESS-in məlumatına görə, Hayk Xanumyan qondarma rejimin “baş naziri” Araik Arutyunyanın bir açıqlamasını gündəmə gətirir. Arutyunyan bu yaxınlarda bildirib ki, Dağlıq Qarabağın əhalisi 2007-ci ildə 137 min olduğu halda 2014-cü ildə 145 minə çatıb.

Xanumyan isə bildirib ki, Arutyunyanın dedikləri yanlışdır və bu, Dağlıq Qarabağın digər statistik göstəriciləri ilə uyğun gəlmir. Statistikaya görə, 2006/2007-ci tədris ilində Dağlıq Qarabağın məktəblərində 21880 şagird olub, 2012/13-cu tədris ilində isə onların sayı 500 nəfər azalıb və 21314-ə çatıb. Yəni son 7 ildə məktəblilərin sayı xeyli azalıb.

Hayk Xanumyanın sözlərinə görə, 2012-ci ildə Dağlıq Qarabağın xarici ticarət dövriyyəsi əvvəlki ilə baxanda 11,1%, 2013-cü ildə isə 12,3% azalıb. Xüsusilə idxalın azalması ildən ilə sürətlənir ki, bu da əhalinin sayının azalması ilə bağlıdır - 2012-ci ildə idxal əvvəlki ilə baxanda 7%, 2013-cü ildə isə 13,2% azalıb.

“Məktəblilərin sayının azalması və xarici ticarət dövriyyəsinin azalması göstərir ki, Dağlıq Qarabağda əhalinin sayı azalıb ki, bu da mühacirətin nəticəsidir. Dağlıq Qarabağın statistika xidməti əhali barədə məlumatları bilərəkdən gizlədir”,- deyə Hayk Xanumyan vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar