Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının növbəti görüşünün vaxtı və yeri açıqlanıb
10 Noyabr 2011 Cümə Axşamı 12:50
“Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının növbəti görüşü Berlində keçiriləcək, artıq tarix də müəyyənləşib”.
APA-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev “Konstitusiya günü”nə həsr edilən tədbirdə çıxışında deyib. Onun sözlərinə görə, icma nümayəndələrinin görüşünün noyabrın 28-də keçirilməsi nəzərdə tutulur.

R. Rzayev qeyd edib ki, belə görüşlərin keçirilməsində azərbaycanlı icması olaraq maraqlıdırlar: “Bu görüşlər problemin həllinə yardım edə bilər. İki icmanın nümayəndələri nə qədər davamlı görüşsə, münaqişənin həlli bir o qədər yaxınlaşar”.

R. Rzayev onu da bildirib ki, ermənilərin bu toplantıda iştirak etməyəcəkləri ilə bağlı müəyyən məlumatlar olsa da, Azərbaycanın Almaniyadakı səfirliyi görüşlə bağlı müvafiq işlərin görüldüyünü və yığıncağın baş tutacağını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar