Dağlıq Qarabağın azərbaycanlı icması şərtini açıqladı
18 Yanvar 2012 Çərşənbə 19:39
Bayram Səfərov: "Amma separatçı rejim rəhbərliyi bunu istəmir, bilirlər ki, paxırları açılacaq".
“Dağlıq Qarabağın azərbaycanlı icması bir şərtlə Dağlıq Qarabağda referendum keçirilməsinə razıdır. Bu şərt azərbaycanlıların doğma yurdlarına qayıtmasıdır”. ANS PRESS-in APA-ya istinadən verdiyi xəbərə görə, bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B. Səfərov azərbaycanlı icmasının erməni icması ilə görüşə həmişə hazır olduğunu vurğulayıb: “Amma separatçı rejim rəhbərliyi bunu istəmir. Bilirlər ki, paxırları açılacaq”.

Birlik sədri onu da qeyd edib ki, Qarabağdakı ermənilər silah altında, ağır şəraitdə yaşayırlar. Separatçı rejim isə danışıqları uzatmaqla vaxt qazanmağa çalışır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar