Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Türkiyə-Ermənistan sərhədləri açılmayacaq
20 İyul 2009 Bazar Ertəsi 18:55
“Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Türkiyə-Ermənistan sərhədləri açılmayacaq”.
APA-nın “Panarmenian”a istinadən məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinə toxunan XİN başçısı qeyd edib ki, Türkiyəmeylli ölkələrin – İsveç, İspaniya və Belçikanın Aİ-yə sədrlik edəcəyi yaxın il yarım ərzində bu istiqamətdə ciddi irəliləyişlər olacağına inanır: “Biz oturub Avropa Komissiyası ilə müzakirələr apara bilərik. Lakin nə Avropa Komissiyasında, nə də Avropa parlamentində təmsil olunmuruq. Bu bizim üçün əsas əngəldir”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar