Tacikistanın BMT-dəki daimi nümayəndəsi: “Müzakirələr zamanı İKT-nin Düşənbə Bəyannaməsi nəzərə alınmalıdır”
İslam Konfransı Təşkilatının Dağlıq Qarabağla bağlı mövqeyi dekabrın 13-də BMT Baş Assambleyasının sessiyasında müzakirə olunacaq “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsinə əlavə olunub.
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, İKT-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri Tacikistanın BMT-dəki daimi nümayəndəsi, İKT Konfrans Qrupunun Nyu Yorkdakı sədri tərəfindən ifadə olunub. Səfir BMT baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək, İKT Xarici İşlər Nazirləri Şurasının 2010-cu ilin mayında keçirilmiş 37-ci sessiyasında qəbul olunmuş Düşənbə Bəyannaməsini nəzərə almağı xahiş edib.
“Biz Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir və münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyünə və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında həll etməyə çağırırıq”.
Bəyannaməyə əsasən, BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan İKT müsəlman ölkələrinin üzləşdiyi təhlükələrin qarşısının alınması üçün qarşılıqlı əlaqələndirmə və əməkdaşlığın gücləndirilməısində həlledici rol oynamalıdır.
BMT Xəbər Mərkəzinin nümayəndəsi
APA-nın Vaşinqton müxbirinə birldirib ki, dekabrın 13-də Azərbaycanla bağlı daha bir sənəd – “GUAM ərazisində həlli uzadılan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” adlı qətnamə layihəsi də müzakirəyə çıxarılacaq.