Dağlıq Qarabağ ətrafında gərginlik təşviş yaradır
16 Fevral 2011 Çərşənbə 01:03
Litvanın xarici işlər naziri Audrunyus Ajubalis BMT Təhlüksəsizlik Şurasında çıxış edib
“Dağlıq Qarabağ münaqişəsi ətrafında artan gərginlik təşvil yaradır”. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audrunyus Ajubalis BMT Təhlükəsizlik Şurasındakı çıxışında deyib. Məlumat ATƏT-in rəsmi saytında yerləşdirilib.

“ATƏT-in bu uzanan münaqişənin nizamlanmasında ATƏT-in Minsk qrupu həmsədrlərinin daha fəal iştirakı yolu ilə nizamlanmasında rolu saxlanacaq. Mən münaqişə tərəflərini snayperlərin təmas xəttindən dərhal çıxarılması da daxil olmaqla etimadın möhkəmləndirilməsi və ATƏT-in monitorinqlər üzrə fəaliyyətinin möhkəmləndirilməsinə dəvət edəcəm”, - deyə Audrunyus Ajubalis bildirib. ATƏT-in fəaliyyətdə olan sədrinin sözlərinə görə, Litvanın sədrliyi gərginliyin azaldılması və Cənubi Qafqazdakı münaqişə tərəfləri arasında etimadın möhkəmləndirilməsinə yardım edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar