Culian Assanj zaminə buraxılıb
14 Dekabr 2010 Çərşənbə Axşamı 23:00
"WikiLeaks" saytının qurucusu 240 min funt ödəməli olub
"WikiLeaks” saytının qurucusu Culian Assanj bu gün London məhkəməsinin qərarı ilə zaminə buraxılıb. Azadlığının əvəzində Culian 240 min funt ödəməli olub. "BBC”nin məlumatına görə, onun pasportu polisdə qalacaq. Bundan başqa, onun harada olmasını müəyyən etmək üçün üzərində elektronik cihazın gəzdirməsi də tapşırılıb.

Prokurorluğun Appelyasiya məhkəməsinə mümkün müraciəti ilə əlaqədar olaraq Culian Assanj hələlik 48 saat ərzində həbsxanada qalacaq. Onunla bağlı növbəti məhkəmə prosesinin yanvarın 11-də olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar