CNN Azərbaycan iqtisadiyyatı barədə reportajın yayımına başladı
10 İyul 2010 Şənbə 12:50
Reportaj Azərbaycan iqtisadiyyatının rekord sürətlə inkişaf etməsi və bunun ölkəni necə dəyişməsinə həsr olunub.
Dünyanın aparıcı televiziya şəbəkəsi olan CNN İnternational Azərbaycan iqtisadiyyatı barədə reportajın yayımına başlayıb. Reportaj Azərbaycan iqtisadiyyatının neçə ildən bəri rekord sürətlə inkişaf etməsi və bunun ölkəni necə dəyişməsinə həsr olunub.

Süjetdə Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək, özəl sahibkarlığı həvəsləndirmək, davamlı iqtisadiyyat yaratmaq səyləri, təkmilləşən sərmayə mühiti öz əksini tapıb. Reportajın müəllifi və aparıcısı Sevinc Osmanqızıdır.

Veriliş boyunca bir neçə dəfə anons olunan reportajın təqdimatında CNN aparıcısı Guillermo Arduino nə vaxtlarsa SSRİ-nin yoxsul ölkələrindən olan Azərbaycanın dramatik transformasiya yolunu keçərək, regionda lider dövlətə çevrildiyini deyib.

ANS Televiziyasının hazırladığı bu reportaj CNN-in World View verilişində 4 gün ərzində 5 dəfə nümayiş olunacaq. CNN İnternational ABŞ-ın Atlanta şəhərində yerləşən mərkəzindən 23 peyk vasitəsilə dünyanın 212-dən artıq ölkə və ərazisinə, təqribən 800 milyon auditoriyaya yayımlanır.

Azərbaycandan olan reportajı aşağıdakı gün və saatlarda CNN İnternational kanalında izləmək olar:

10 iyul, şənbə:
05:30 GMT, Bakı vaxtı ilə saat 10:30
13:30 GMT, Bakı vaxtı ilə saat 18:30

11 iyul, bazar günü:
01:30 GMT, Bakı vaxtı ilə saat 06:30

12 iyul, bazar ertəsi:
08:30 GMT, Bakı vaxtı ilə saat 13:30

13 iyul, çərşənbə axşamı
03:30 GMT, Bakı vaxtı ilə saat 08:30

Azərbaycan iqtisadiyyatına dair olan süjeti iyulun 14-dən başlayaraq, www.cnn.com saytından da izləmək mümkün olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar