Çində istehsal olunan uşaq malları sağlamlıq üçün təhlükəlidir
29 May 2009 Cümə 04:50
Malların tərkibindəki formaldegid maddəsi dəri və respirator xəstəliklər yaradır

Çinin Quandun əyalətində istehsal olunan uşaq geyimlərinin təxminən yayısı sağlamlıq üçıün təhlükəlidir. Bu barədə məlumatı “China daily” qəzeti yayıb. Qəzetin məlumatına görə, rəsmi araşdırmalar nəticəsində məlum olub ki, Çin fabriklərinin məhsullarının tərkibində formaldegid var. Bu maddə dəri və respirator xəstəlielərinə səbəb ola bilər.
Çində istehsal olunan mebel məhsullarının da böyük əksəriyyətinin təhlükəsizilk standartlarına cavab vermədiyi bildirilir. Bundan başqa, araşdırmalar zamanı məlum olub ki, istehsal olunan oyuncaqların 5 faizi sağlamlıq üçün təhlükəlidir.
Qeyd edək ki, Quandun əyaləti Çində uşaq mallarının istehsalı müəssisələrinin ən çox yerləşdiyi bölgədir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar