Çimərlikləri çirkləndirən obyektlər cərimələndi
19 Avqust 2010 Cümə Axşamı 13:35
Ekologiya Nazirliyi Buzovna, Şüvəlan, Mərdəkan və Zirə çimərliklərində reyd keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən Xəzər akvatoriyasının çirklənmədən qorunmasının qarşısının alınması məqsədilə Xəzər rayonu Buzovna, Şüvəlan, Mərdəkan və Zirə çimərliklərində bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, reyd zamanı Xəzər rayonu Buzovna çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Gilavar” iaşə obyektinin iş icraçısı R.Osmanov, “Sahil” iaşə obyektinin iş icraçısı R.Rəhimov, “Titanik” iaşə obyektinin iş icraçısı M.Muxtarov, “Dostlar” iaşə obyektinin iş icraçısı R.Mahmudov və “Laçın” iaşə obyektinin iş icraçısı B.Paşayeva hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunublar.

Xəzər rayonu Buzovna çimərliyində fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları C.Vəliyev və V.İmanov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə ediliblər.

Xəzər rayonu Şüvəlan çimərliyində fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları S.Sultanov, N.Heydərov, M.Əliyev, A.Yusibov, V.Bəşirov, H.Əsgərov, Ə.Əliyev və S.Sultanov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunublar.

Xəzər rayonu Şüvəlan çimərliyində fəaliyyət göstərən “Azad-T” firmasına məxsus iaşə obyektində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 6500 manat məbləğində cərimə edilib.

Xəzər rayonu Şüvəlan çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Yeni dalğa” iaşə obyektinin iş icraçısı M.Quliyev və “Delfin” iaşə obyektinin iş icraçısı N.Mahmudova hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunublar.

Xəzər rayonu Şüvəlan çimərliyində fəaliyyət göstərən “Robinzon” iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı Q.Qurbanov fiziki şəxs qismində inzibati qaydada 700 manat məbləğində cərimə edilib.

Xəzər rayonu Mərdəkan çimərliyində fəaliyyət göstərən “Xəzri” iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı E.Məmmədov fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunub.

Xəzər rayonu Mərdəkan çimərliyində fəaliyyət göstərən “Gilan Holdinq”ə məxsus ərazidə bərk məişət tullantılarının yığılaraq qalaqlanmasına görə C.Abdullayev vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib.

Xəzər rayonu Zirə çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı Z.Əliyev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunub.

Xəzər rayonu Zirə qəsəbəsinin cənub hissəsində bərk məişət tullantılarını “ZİL” markalı avtomaşın vasitəsilə çöllük sahəyə atdığına görə Ş.Mirzoyev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar