Çılğın layihə - Xəzər dənizi Qara dənizə birləşdiriləcək
25 May 2011 Çərşənbə 15:22
Çılğın layihə - Xəzər dənizi Qara dənizə birləşdiriləcək. Belə bir layihə ilə Türkiyədə Demokrat Partiyası çıxış edib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İstanbul şəhəri ilə bağlı maraqlı təkliflərindən sonra bu dəfə ölkənin Demokrat Partiyası parlament seçkisi öncəsi özünün çılğın layihəsini açıqlayıb. ANS PRESS Türkiyənin "Vatan" qəzetinə istinadən xəbər verir ki, partiya sədrinin müavini Ergün Özdəmir bildirib ki, layihəyə görə sahilində 5 ölkə olan Xəzər dənizi Qara dənizə birləşdiriləcək.

"Çox əhəmiyyətli layihələrimiz var. Bunlardan ən əsası Xəzər dənizinin Qara dənizlə birləşdirilməsidir. Məqsəd Türkiyə və İranın Qara dənizə, Aralıq dənizinə və okeanlara çıxışını təmin etməkdir. Bu, bütün neft və təbii qaz xəttinin Qara dənizdən, yəni bizim quru sularımızdan keçməsi deməkdir. Bu zaman İstanbul boğazı xilas olar", deyə E. Özdəmir bildirib.

Məlum olub ki, bu layihə tarixən Osmanlı dövlətinə məxsus olub. Sultan Süleyman Qanuninin vəziri Sokullu Məmməd Paşanın layihəsinə görə, Don və Volqa çayları arasında kanal açılmalı və bununla da Osmanlı dövlətinin Xəzər dənizinə çıxışı olmalı idi. Layihə üçün lazımi işgüzar səfərlər edilsə də, ancaq hava şəraitinin uyğun olmamasından tikinti təxirə salınıb
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar