Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
21 Dekabr 2011 Çərşənbə 18:42
Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi .
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1978-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilən məhkum Abdullayev Mahir Abdulalı oğlunun yanına gələn qardaşı oğlu, Abdullayev Səfa İsa oğlunun gətirdiyi sovqata baxış keçirilib.

Həmin vaxt qara rəngli “SYOSS” markalı şampun qabının içərisində gizlədilmiş 4 ədəd sellofana bükülmüş, çəkisi 4,276 qram olan narkotik maddə olan heroin və 3,07 qram marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar