Cəzaçəkmə müəssisələrində də səsvermə keçirilib
07 Noyabr 2010 Bazar 20:50
Təcridxanaların bir neçəsində səsvermənin gedişini Ombudsman Elmira Süleymanova müşahidə edib.
Bu gün cəzaçəkmə müəssisələrdəki məhbuslar da öz səsvermə hüququndan istifadə edib. ANS TV-nin çəkiliş qrupu bir neçə qapalı müəssisədə seçkilərin gedişini izləyib. Ən fəal seçicilər 4 saylı qadın cəzaçəkmə müəssisəsinin sakinləri olub. 324 qadın məhbusun hamısı günorta saatlarınadək səsvermədə iştirak edərək öz seçimini edib.
Qeyd edək ki, Azərbaycanda 22 cəzaçəkmə müəssisəsi, 13 xüsusi və 13 məntəqə tipli cəzaçəkmə müəssisəsi mövcuddur. Bu təcridxanaların bir neçəsində seçkilərin gedişini həmçinin Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova müşahidə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: