Çernobıl faciəsindən 25 il ötür
26 Aprel 2011 Çərşənbə Axşamı 12:54
Bu gün Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 25-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək.
APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, tədbirlərdə Ukrayna prezidenti Viktor Yanukoviç, Rusiya prezidenti Dmitri Medvedev, Moskva və Rusiya patriarxı Kirill iştirak edəcəklər.
Xatırladaq ki, 1986-cı il aprelin 26-da Çernobıl AES-in dördüncü enerji blokunda partlayış baş verib. Partlayış nəticəsində dördüncü blokun reaktoru tamamilə dağılıb. Qəzadan sonra atmosferə 190 ton radioaktiv maddə yayılıb. Ekspertlərin məlumatlarına əsasən radioaktiv tullantıların ümumi miqdarı 50 milyon Küri təşkil edib ki, bu da 1945-ci ildə Xirosimaya atılan atom bombasından 500 dəfə güclüdür. Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv təsirə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan əhali - 115 mindən çox insan köçürülüb. Ümumilikdə 586 min nəfər radioaktiv təsirə məruz qalıb. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanma nəticəsində 50 nəfər ölüb. Ölənlərin ümumi sayının gələcəkdə 4 minə çata biləcəyi proqnozlaşdırılır.
Çernobıl AES 2000-ci il dekabrın 15-də bağlanıb. APA
DOSTLARINLA PAYLAŞ: