Cəbhədən yeni xəbər var
14 Avqust 2014 Cümə Axşamı 13:52
Ermənilər bu gecə də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Cəbhə xəttində atəşkəs yenidən pozulub.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Cəvahirli və Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: